Yeni növ koronavirusun Delta variantına yoluxanların çoxalmasına qarşı bir sıra ölkələrdə məhdudiyyətlərin tətbiq edilməsinin tələbin artmasına mənfi təsir edə biləcəyinə dair narahatlıqlar ilə neft ucuzlaşır.
Bu gün Brent neftinin qiyməti yenidən 68 dollardan da aşağı düşüb.
Bakı vaxtı ilə saat 15:17-də Brent nefti 4,1% ucuzlaşma ilə 67,78 dollardan, ABŞ xam nefti isə 4,2% ucuzlaşma ilə 65,42 dollardan ticarət olunub.
Həmçinin, ABŞ-da gözləniləndən yüksək açıqlanmış məşğulluq məlumatından sonra Dollar güclənib və bu da dollarda ticarət olunan əmtəələrin qiymətlərinin düşməsinə səbəb olur.