Gürcüstanda açıq havada maska taxmaq yenidən məcburi olacaq

14:21 - 9 Avqust 2021 - DÜNYA

Sabahdan, avqustun 10-dan etibarən Gürcüstanda 5 nəfərdən çox adamın toplaşaçağı açıq havada qoruyucu maskadan taxmaq məcburi olacaq.

Bununla bağlı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərarın səbəbi ölkədə son zamanlar epidemioloji vəziyyətin kəskinləşməsidir.

Xatırladaq ki, qonşu ölkədə açıq havada maskadan istifadə tələbi iyunun 22-dən ləğv olunub. Qapalı məkanda fərdi qoruyucu vasitədən istifadə qaydası isə qüvvədədir.

Xəbər xətti