Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha 1 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yaşar İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Onun üzərindən 12 ədəd kibrit oqutusunda satış üçün qablaşdırdığı narkotik vasitə olan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Yaşar İsmayılov aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını Balaxanı qəsəbəsində satışını həyata keçirdiyini bildirib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Yaşar İsmayılov tutularaq istintaqa cəlb olunub. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.