Dənizdə batan şəxs xilas olunub

00:42 - 9 Avqust 2021 - HADİSƏ

Avqustun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “Xaçmaz” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən 1 nəfər batma təhlükəsi ilə üzləşib. FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas olunub.

Xəbər xətti