Xaçmazda "QAZel" yanıb

21:14 - 8 Avqust 2021 - HADİSƏ

Xaçmaz rayonunun Bayoba kəndində bağ sahəsində “QAZel” markalı yük avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, maşının ətrafında 500 m² sahədə kol-kos və quru ot sahəsi də yanıb.

Bağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti