Beyləqanda asfalt daşıyan “KamAZ” aşıb

13:36 - 8 Avqust 2021 - HADİSƏ

Beyləqan rayonu ərazisində “KamAZ” markalı yük avtomobili aşıb.

“Report” xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində baş verib.

“KamAZ” markalı yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin yük yerində olan asfalt yola dağılıb.

Nəticədə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.

Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.

Xəbər xətti