Bakıda avtomobil yolu keçən piyadanı vurub

00:36 - 8 Avqust 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Əhmədli qəsəbəsində yolu keçən 1984-cü il təvəllüdlü Əliyev Aydın Adil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti