Ermənistanda partlayış olub, ölənlər var

19:35 - 7 Avqust 2021 - HADİSƏ

Ermənistanın Gümrü şəhərində yaşayış evlərindən birinin həyətində partlayış olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Şirak əyalətinin prokuroru Qurgen Qriqoryan deyib.

Onun sözlərinə görə, hadisə təxminən saat 15:40-da baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bildirilir ki, partlayış nəticəsində 2 nəfər həlak olub. İlkin məlumata əsasən, həlak olanlardan biri hərbçidir.

Hazırda partlayışla əlaqədar araşdırma aparılır.

Xəbər xətti