Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var - Foto

18:30 - 7 Avqust 2021 - HADİSƏ

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti