Ermənistanda daha 5 nəfər COVID-19-dan ölüb

14:38 - 7 Avqust 2021 - DÜNYA

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 298 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 231 923-ə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 641 nəfərə çatıb.
Son sutka ərzində ölkədə koronavirusa yoluxan və digər səbəblərdən ölən isə olmayıb. Ermənistanda indiyədək koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1124 nəfərdir.

Xəbər xətti