130 milyon dollarlıq PUA qəzaya uğradı

10:30 - 7 Avqust 2021 - DÜNYA

ABŞ-ın Şimali Dakot bölgəsində “Global Hawk” markalı pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

“Report” “TRTHaber”ə əsasən xəbər verir ki, qəzaya texniki nasazlıq səbəb olub.
​PUA yerə düşəndən sonra yanğın başlayıb. Yanğın artıq söndürülüb.

Məlumata görə, “Global Hawk” PUA-nın qiyməti 130 milyon dollardır. Bu, son 18 ayda ABŞ Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan 3-cü PUA-sıdır.

Xəbər xətti