İmişlidə qayınata kürəkənini bıçaqlayıb

08:33 - 7 Avqust 2021 - HADİSƏ

İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Babayev Rəhman Pəhləvan oğlu ailə münaqişəsi zəminində qayınatası tərəfindən bıçaqlanıb. APA-nın məlumatına görə, R.Babayev ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti