BMT Azərbaycan və Ermənistana çağırış etdi

22:22 - 6 Avqust 2021 - SİYASƏT

"BMT Azərbaycan və Ermənistanı iki ölkənin sərhədində davam edən toqquşmalar fonunda təmkinli olmağa çağırır".

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib.

"Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik", - o deyib.

Xəbər xətti