Türkiyədə bu gün koronavirusdan 101 nəfər ölüb

22:39 - 6 Avqust 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 101 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 243 280 nəfər test edilib, onların 23 957-nin koronavirus testi pozitiv nəticə verib, 6 941 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 75 554 132 peyvənd tətbiq edilib.

 

Xəbər xətti