İmişli sakini avtomobilini təmir edərkən ehtiyatsızlıqdan ölüb

21:14 - 6 Avqust 2021 - HADİSƏ

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə İmişli şəhərində baş verib.

İmişli rayonunun Bəcrivan kənd sakini, 1975-ci il təvəllüdlü Mirzəyev Məzahir Qurban oğlu ona məxsus yük avtomobilini təmir edərkən dəmir lingi çıxararkən ona dəyməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti