Ən iri yemək çatdırma xidməti 1 milyard dollar cərimələnəcək

18:11 - 6 Avqust 2021 - DÜNYA

Çin bazardakı dominant mövqeyindən sui istifadəyə görə ölkənin ən iri yemək çatdırma xidməti - “Meituan” şirkətini 1 miyard ABŞ dolları cərimələməyə hazırlaşır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətin onun xidmətinə qoşulan müəssisələri rəqiblərin analoji platformaları ilə əməkdaşlıqdan imtinaya məcbur etdiyi deyilir.

“Meituan”a qarşı təhqiqat bu ilin aprel ayında başladılıb. Həmin vaxt Çinin antiinhisar orqanı analoji pozuntulara görə “Alibaba”nı 2,8 milyar dollar məbləğində cərimələyib.

Xəbər xətti