İsmayıllıda orta məktəb şagirdi vəfat edib.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xəyal Bağıyevin qızdırmadan öldüyü bildirilir.
Qeyd edək ki, şagirdin atası Vidadi Bağıyev həmin məktəbin direktor müavini, anası Aynurə isə müəllimədir. X.Bağıyevin bədən temperaturunun artması səbəbindən vəfat etdiyi bildirilir.