Füzulidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

13:53 - 6 Avqust 2021 - HADİSƏ

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Aşağı Mollaməhərrəmli kəndi ərazisində kənd sakini Malik Tahirov idarə etdiyi “Tavriya” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti