Bakıda qumbara partlayışı zamanı xəsarət alan polis zabiti vəfat etdi - FOTO

23:47 - 5 Avqust 2021 - HADİSƏ

Bir neçə gün əvvəl Bakıda özünü qumbara ilə partladan şəxslə bağlı məlumat vermişdik. Hadisə zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Elçin Səfərzadə idi.

Ucnoqta.az xəbər verir ki, Elçin Səfərzadə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən vəfat edən Elçin Səfərzadə əvvəllər Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı olub.
Xatırladaq ki, iyulun 27-də 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov  həyatını itirib. Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.///avtosfer.az


Xəbər xətti