Mixael Ballakın oğlu avtomobil qəzasında vəfat edib

17:42 - 5 Avqust 2021 - DÜNYA

Almaniya millisinin, "Bavariya"nın və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, o, 18 yaşında avtomobil qəzasında vəfat edib.

Qəzanın təfərrüatları hələlik açıqlanmayıb. Hadisə Portuqaliyanın paytaxtı Lissabonun cənubunda Ballakınn evinin yaxınlığında baş verib.

Qeyd edək ki, Mixael Ballak 1999 - 2010-cu illərdə Almaniya millisində çıxış edib. O, 2002-ci ildəki dünya çempionatında gümüş, 2006-cı ildəki mundialda isə bürünc medal qazanıb. 45 yaşlı keçmiş yarımmüdafiəçi 2008-ci ildəki Avropa çempionatında gümüş mükafatçı olub.

Xəbər xətti