Bakıda "Niva" ağır qəzaya düşdü - sürücü öldü

15:58 - 5 Avqust 2021 - HADİSƏ

Avqustun 4-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, Beyləqan rayon sakini Rəşad Bəkirov idarə etdiyi “VAZ-2121” markalı avtomobili maneəyə vurub. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.///publika.az

Xəbər xətti