2021-ci ilin 6 ayı ərzində aktiv vergi ödəyicilərinin sayı bu ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 min 401 nəfərə çatıb
Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
Nazir bildirib ki,Ölkədə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin sayının artması ilə müşayiət olunur:
"Bu dövrdə ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 min 738-ə, qeydiyyata alınan obyektlərin sayı isə 5,8% artaraq 176 min 794 nəfərə çatıb".