Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Bərdədə “patı” ilə tutulan şəxs oğurluq da edirmiş

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

S.Kamranzadə barəsində Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix
5 Avqust 2021 [09:38]
Müəllif
Üç nöqtə
2021-08-05 09:38:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin