Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Rus təyyarəsi bu skandal görüntülərlə Türkiyədə GÜNDƏM OLDU - VİDEO

Rus təyyarəsi alovu söndürən zaman su yerə çatmamış elə havada buxarlanıb.

Alovlara bürünən Türkiyənin Muğla və Antalya şəhərində yanğın söndürmə işləri aparılan zaman rus təyyarələrinin bölgədə metrlərlə yüksəklikdən buraxdığı su yerə enməmiş havada buxarlanıb. Vətəndaşlar tərəfindən çəkilən həmin görüntülər sosial mediada da böyük əks-səda doğurub.

Təyyarə çox yüksəkdən yerə su atan zaman, görüntü çəkən vətəndaşların heyrətlənərək "Bu suyu boşaltdı, bəs bu su hara düşəcək? Buxarlandı ki, olmazdımı bu suyu aşağıdan yanğının üzərinə tökəydi? Allah, Allah ..." sözləri videoda əks olunub.

Qeyd edək ki, son 7 gündə Türkiyənin bir çox vilayətində eyni vaxtda başlayan 170-dən çox yanğının əksəriyyəti söndürülsə də, Antalya və Muğla şəhərlərində alovlar nəzarət altına alına bilməyib. Yanğınlara müdaxilə etmək üçün ətraf ölkələrdən - Rusiyadan 11, İspaniyadan 2, Xorvatiyadan 1 təyyarə göndərilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri, bununla yanaşı Azərbaycan Türkiyəyə bir amfibiya təyyarəsi, 500 nəfərdən ibarət şəxsi heyət, digər lazımi avadanlıq və ləvazimatları da çatdırıb.

Tarix
4 Avqust 2021 [19:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-04 19:55:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin