Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

Eldəniz Səlimov məhkəməyə gətirilib - Foto

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, o, hakim qarşısına çıxarılacaq. Məhkəmə E.Səlimov barəsinə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

 

Tarix
3 Avqust 2021 [18:15]
Müəllif
Üç nöqtə
2021-08-03 18:15:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin