Ana səhifə Mobil versiya
20 Sentyabr 2021

DİN aktyorun cərimələnməsinə aydınlıq gətirib

Aktyor Emil Musayevin sosial şəbəkələrdə Qusar rayonunda polis əməkdaşları tərəfindən cərimələnməsi ilə bağlı iddiaları Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırılıb. Məlum olub ki, E.Musayev qapalı məkanda tibbi maskadan istifadə etmədiyi üçün cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, E.Musayev mayın 7-də Qusar rayonu ərazisindəki qapalı məkanlardan birində tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşaraq xüsusi karantin rejimi qaydalarını izah ediblər və tibbi maskadan istifadənin vacibliyini aktyorun diqqətə çatdırıblar. Daha sonra əldə olunan məlumatlar Qusar RPŞ-nə göndərilib və mayın 8-də həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 AZN cərimə olunub.

Məlumatda qeyd olunub ki, E.Musayevin həmin zaman ətrafda olan digər sakinə polis əməkdaşları tərəfindən güzəşt edilməsi barədə iddiaları isə əsassızdır və həqiqəti əks etdirmir.

Tarix
3 Avqust 2021 [18:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-03 18:00:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin