Ötən sutka ərzində 87 yanğına çıxış olub, üç nəfər xilas edilib - FHN

16:17 - 3 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olman zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 yanğına çıxış və üç halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib.

Qeyd edək ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra vətəndaşın olduğu yer dəqiq müəyyən olunaraq müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Çətin keçilən mürəkkəb relyefli ərazidə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xərək vasitəsilə təhlükəsiz əraziyə təxliyə olunub və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti