Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

“YAŞAT düşərgəsi”nə “Shokki Mokki”dən dəstək - Foto

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin övladları üçün yay düşərgələri təşkil edilib. Hər zaman bu cür layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb.

Ucnoqta.az xəbər verir ki, şirkət “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilmiş bu layihəyə uşaqların sevimli markası olan “Shokki Mokki” markası ilə qatılıb.

“Xoşbəxt böyüyən sabahlar!” sloqanı ilə fəaliyyətini davam etdirən “Shokki Mokki”nin  qəhramanları olan pandalar uşaqlara hədiyyələr təqdim edərək onlara əlavə sevinc bəxş ediblər.

Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilir.

Qeyd edək ki, üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyan “Shokki Mokki” markası ölkə daxilində sevilməklə bərabər sərhədlərimizin hüdudlarından kənarda da rəğbətlə qarşılanır. Azərbaycan bazarına daxil olduğu gündən bu milli markamız yüzlərlə məktəbdə uşaqlara yol hərəkət qaydalarının öyrədilməsi layihələr reallaşdırıb.

Tarix
3 Avqust 2021 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-08-03 14:08:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin