Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Ənənəvi anti-Azərbaycan qüvvələri sanki bu prosesin carçılarına çevriliblər - Şahin İsmayılov

Bəzi KİV-lərdə Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə əlaqədar referendumun keçirilməsi və Parlamentin buraxılması ilə bağlı fikirlər dolaşmaqdadır. Nədənsə, bu fikirlər post-müharibə dövründə meydana atılır və hansısa arqumentlərlə əsaslandırılmağa çalışılır.

Ölkə başçısı ölkədə yeni islahat dalğası başladan zaman yeni çağırışlara ən tez reaksiya verən qurumlardan olan Milli Məclis növbədənkənar parlament seçkilərinə getdi və Hakimiyyətin bu qanadında böyük dəyişikliklər oldu. Ali qanunverici hakimiyyət orqanının aparatında da kifayət qədər böyük islahatlar aparıldı, idarəetmə təkmilləşdirildi, bir sıra yeni şöbələr yaradıldı, çevik idarəetmə mexanizmi quruldu. Yeni islahat dalğası ayrı-ayrı dövlət qurumlarını da əhatə etdi və bu proses bu gun də davam etməkdədir.
Bütün bunların fonunda KİV-lərdə bu cür fikirlərin yer alması ucuz reytinq yığmaq xatirinə paylaşılan xəbərlərdən daha çox, hansısa beyin mərkəzlərinin işləyib hazırladıqları və media nümayəndələrinin də bilərəkdən və ya bilməyərəkdən paylaşdıqları hansısa yeni proyetkdir. Düşünürəm ki, Azərbaycanda referenduma və ya Parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur. Hakimiyyətin ayrı-ayrı qanadları öz funksiyalarını peşəkarlıqla yerinə yetirir, dövlət institutları işləyir, dövlət qurumlarında islahatlar davam edir.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ayrı-ayrı hakimiyyət qanadlarının qarşısına da yeni tələblər qoydu və bu orqanlar öz funksiyalarını uğurla icra etməkdədir. Unutmaq lazım deyil ki, məhz bu hakimiyyət, onun rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdi. Xalq-hakimiyyət birliyi yüksək səviyyədədir. Azərbaycan müharibədə qalib olmaqla bölgə üçün yeni reallıqlar yaradıb. Sürətli şəkildə işğaldan azad olunmuş ərazilərin bərpa prosesi gedir. Hazırkı mərhələdə biz ölkəmizə qarşı müharibədən əvvəlki dövrdə də müşahidə etdiyimiz bəzi ikili standartların və təzyiq etmə cəhdlərinin şahidi oluruq. Belə fikirləri ortaya atmaqla və hansısa gündəlik məişət problemləri ilə bunu əsaslandırmağa çalışmaqla sanki bir çaşqınlıq yaradılmağa çalışılır. Burada müşahidə etdiyimiz daha bir məqam isə ondan ibarətdir ki, ənənəvi anti-Azərbaycan qüvvələri sanki bu prosesin carçılarına çevriliblər. Qeyd etdiyimiz kimi məqsəd ölkəmizdə milli birliyi zədələmək və ölkəmizə hansısa təzyiqlərin göstərilməsi cəhdləridir. Bütün bunlar isə sadəcə cəhd olaraq qalacaqdır. Azərbaycanda peşəkar dövlət idarəçiliyi mövcuddur və dövlət qurumları onların qarşısına qoyulan tapşırıqları uğurla icra edir.

Şahin İsmayılov,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Tarix
3 Avqust 2021 [14:19]
Müəllif
Üç nöqtə
2021-08-03 14:19:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin