Qaradağda dəhşətli qəza ilə bağlı rəsmi məlumat

13:45 - 3 Avqust 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurub və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşub.

Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət almış M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti