Goranboyda minik maşını aşıb, xəsarət alan var

00:22 - 3 Avqust 2021 - HADİSƏ

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21099 "markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1953-cü il təvəllüdlü Hümbətova Sədaqət xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti