Rusiyada koronavirusdan ölənlərin sayı 160 mini keçib

12:51 - 2 Avqust 2021 - DÜNYA

Rusiyada son sutka ərzində daha 23 508 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 312 185 nəfərə çatıb.

Son sutka ərzində ölkədə koronavirusdan 785 nəfərin öldüyü bildirilib. Ümumilikdə, Rusiyada COVID-19-dan ölənlərin sayı 160 137 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

 

Xəbər xətti