Türkiyədə bu gün koronavirusdan 79 nəfər vəfat edib

23:10 - 31 İyul 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 79 nəfər həyatını itirib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 259 min 196 nəfər test edilib, onların 22 min 332-nün koronavirus testi pozitiv nəticə verib, 5 min 107 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 73 milyon 137 min 890 peyvənd tətbiq edildiyi qeyd olunub.

Xəbər xətti