“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.
O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:
“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.
10:05
"Aİ-95" ("Premium") markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.
Ucnoqta.az xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.
"Aİ-95" markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və "Azpetrol" YDM-lərində yeni qiymətə satılır. "Aİ-92" və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur. Əldə etdiyimiz məlumata görə, "Aİ-95" markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır.
Bununla bağlı rəsmi təsdiq yoxdur.///index.az