Azərbaycanın daha 34 müəssisəsinə Rusiyaya pomidor tədarükünə icazə verilib.
Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Bildirilib ki, avqustun 3-dən etibarən qüvvəyə minəcək müvafiq icazə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verilib.
Bununla da, Rusiyaya pomidor tədarükünə icazə verilən Azərbaycan müəssisələrinin sayı 187-yə çatıb.
Qeyd edək ki, “Rosselxoznadzor” hələ ötən ilin dekabr ayında ölkəmizdən alma və pomidor idxalına məhdudiyyətlər tətbiq edib.