Ukrayna Türkiyəyə iki təyyarə göndərib

17:49 - 30 İyul 2021 - DÜNYA

Türkiyədəki yanğınla mübarizə üçün Ukrayna iki təyyarə göndərib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

"Söz verdiyimiz kimi, geniş miqyaslı meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün ekipaj və dəstək qrupu ilə birlikdə 2 yanğınsöndürmə təyyarəsi bu gün Türkiyəyə uçdu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi müraciətindən sonra təcrübəli mütəxəssislərimizdən türk yanğınsöndürənlərinə bu fəlakətin öhdəsindən gəlməsinə kömək etmələrini istədim", - deyə Ukrayna Pezidenti bildirib.

Xəbər xətti