Xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda xərclədiyi pulun məbləği məlum olub.
Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir.
Belə ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 48.3 milyon manat təşkil edib.