2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb.
Trend-in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov konfransda qeyd edib ki, ilin qalan dövründə pul təklifinin dinamikası xəzinə hesabının dəyişimi və dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.