Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Şabranda toy qaydalarını pozan şəxs cərimələnib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Güləmli kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.

Bu barədə Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, məclisin sahibi, Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə təşkil olunan məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Tarix
29 İyul 2021 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-29 10:44:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin