Polşada taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı tələbə ağır qəza törədib - FOTO

09:42 - 29 İyul 2021 - HADİSƏ

Azərbaycanlı tələbə Polşada ağır avtomobil qəzasına düşüb.

 Azərbaycan vətəndaşı Rüfət Muradlı Polşanın paytaxtında yerləşən Varşava İqtisadiyyat və Humanitar Fənlər Universitetində magistr təhsili alır.

Həmyerlimiz həmçinin “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğuldur.

Qəza nəticəsində Rüfət Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan sərnişin isə qəza nəticəsində həlak olub.

İlkin məlumata görə, R.Muradlının sükan arxasında yuxulaması nəticəsində onun idarə etdiyi avtomobil qarşı yola çıxaraq yük maşını ilə toqquşub.///oxu.az

 


Xəbər xətti