Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Çində yanğın nəticəsində 14 nəfər ölüb

Çinin şimal-şərqində yerləşən Tszilin vilayətindəki Çançun şəhərində logistika anbarında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın günün ikinci yarısında yüksək texnoloji sənaye zonasının ərazisində yerləşən anbarda baş verib.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.

Tarix
24 İyul 2021 [18:24]
Müəllif
Üç nöqtə
2021-07-24 18:24:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin