Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Velosipedin şose növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.
130 velosipedçinin qatıldığı 234 kilometrlik məsafədə olan yarışda 34 yaşlı idmançımız yıxılıb. Hadisə şosenin 57-ci kilometrliyində baş verib.
Qeyd edək ki, yarışın startında iki velosipedçinin koronavirus testi müsbət çıxdığından, onlar mübarizəyə qoşulmayıb.
Xatırladaq ki, bu gün daha iki idmançımız – cüdoçular Kəramət Hüseynovla Aişə Qurbanlı da Olimpiadanı medalsız başa vurub.