Ötən il hələ koronavirusun tüğyan etdiyi vaxtlarda baş nazir tərəfindən təyyarə ilə səfər edənlərə əl yükünü salonda daşımağa qadağa qoyulmuşdu.
Həmin qadağa artıq aradan qaldırılıb. Sərnişinlərə müəyyən ölçü və çəkidə yüklərin əllə daşınmasına icazə verilib. Nazirlər Kabineti tərəfindən təyyarə ilə səfər edənlərlə bağlı qoyulan daha bir qadağa ləğv edilib. Sərnişinlərə təyyarə salonunda əl yükünün daşınmasına icazə verilib.
Səfər edənlər pandemiyadan əvvəlki qaydada olduğu kimi müəyyən ölçülərdə əl yüklərini özləri ilə daşıya bilərlər Bununla da AZAL və BUTA ilə bir sərnişin səfər zamanı 33 kiloqram yük apara bilər. Sərnişin həmin yükün 23 kq-nı baqajda, 10 kiloqramını isə salonda daşımalıdır
Ekspert Rəhman Quliyevin sözlərinə görə, əl yükünün salonda daşınmasına icazə müsbət qərardır. Ekspert bildirir ki, əgər sərnişinin yükü 33 kiloqramdan artıq olarsa, bu zaman ödənişli yük yeri almalıdır.
AZAL və BUTA-dan fərqli olaraq Türk Hava Yollarında yüklərin daşınması daha bahadır Qeyd edək ki, əl yüklərinin salonda daşınması qadağası Nazirlər Kabineti tərəfindən ötən il, virusun tüğyan etdiyi vaxt verilib. Həmin qərar nəhayət aradan qaldırılıb.