Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

00:18 - 23 İyul 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxma 10 minə yaxınlaşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, son iki həftədə yoluxma sayı 2 dəfə artıb. Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 214 196 nəfər test edilib, onların 9586-nın koronavirus testi pozitiv nəticə verib, 5093 nəfər sağalıb. 52 nəfər bu infeksiyadan ölüb.

Nazir kütləvi peyvəndlənmənin cəmiyyətin qarşısında duran vacib məsuliyyət olduğunu vurğulayıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 64 487 841 peyvənd tətbiq edildiyi qeyd olunub.

Xəbər xətti