İranda min kilometrlik neft kəməri istifadəyə verildi

17:31 - 22 İyul 2021 - DÜNYA

İran Cask limanından gündə 1 milyon barrel neft ixrac etməyi hədəfləyir.

Bu sözləri İran Prezidenti Həsən Ruhani Buşəhr, Fars və Hörmüzqan əyalətlərindən keçərək Cask limanına qədər uzanan 1000 kilometrlik neft kəmərinin açılış mərasimində deyib.

Ruhani bildirib ki, yeni ixrac terminalı Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların uğursuzluğunu nümayiş etdirir./axar.az

Xəbər xətti