ABŞ qoşunların 95 faizini Əfqanıstandan çıxarıb

23:52 - 21 İyul 2021 - DÜNYA

ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması prosesi praktik olaraq başa çatdırılıb. Kabilin hüdudlarından kənardakı bütün hərbi bazalar tərəfdaşlara verilib.

Bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri, general Mark Milli deyib.

Onun sözlərinə görə, üç aydan da az vaxtda qoşunların 95 faizinin çıxarılmasına nail olunub. Bundan başqa, Kabildən kənarda yerləşən bütün hərbi bazalar Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Xəbər xətti