Ukrayna mətbuatında “Leyli və Məcnun” kitabının təqdimatı barədə yazı yerləşdirilib
Dövlət Tərcümə Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, Ukraynanın aparıcı kütləvi informasiya vasitələri – Ukrayna Ali Radasının rəsmi mətbuat orqanı “Qolos Ukrainu”, “Biznes revyu”, “Ukrainskiy interes”, “Den” qəzetləri, “Kyiv Diplomatik” və Ukrayna Milli Ədəbiyyat Muzeyinin rəsmi portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimat mərasimi ilə bağlı geniş informasiyalar yerləşdirib.
Qeyd edək ki, ölkədə elan olunmuş “Nizami İli” ilə əlaqədar Ukraynanın zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında çap olunmuş kitab yaxın günlərdə Ukrayna Milli Ədəbiyyat Muzeyində geniş ədəbi ictimaiyyətə təqdim olunmuşdu.