Salyan rayonunun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud karantin qaydaları pozulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, burada 88 nəfərin iştirakı ilə məclis keçirildiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.