Somalidə göyərtəsində 45 sərnişin olan təyyarə qəzaya uğrayıb

13:50 - 21 İyul 2021 - DÜNYA

Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Goobjoog News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda, Qedo rayonunda yerləşən “El-Vak” hava limanında baş verib.

Təyyarənin göyərtəsində 45 sərnişinin olduğu bildirilib.

Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.

Xəbər xətti