Fransanın qırıcı təyyarəsi Malidə qəzaya uğrayıb

18:52 - 20 İyul 2021 - DÜNYA

Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” çoxfunksiyalı qırıcı təyyarəsi Malinin şimalındakı Hombori ərazisində qəzaya uğrayıb.

Bu barədə “Reuters” Fransa ordusunun nümayəndəsi, polkovnik Paskal İanniyə istinad edərək məlumat verib.

Onun sözlərinə görə, qırıcının hər iki pilotu sağ qalıb. Ehtimal edilir ki, qəzaya səbəb texniki nasazlıqdır.

Xəbər xətti